Almaniya Futbol Federasiyası "Bayer"in baş məşqçisini cəzalandırıb

Almaniya Futbol Federasiyası "Bayer"in baş məşqçisini cəzalandırıb

Almaniya Futbol Federasiyasının İntizam Komitəsi "Bayer"in (Leverkuzen) baş məşqçisi Roqer Şmidti cəzalandırılıb. Almaniya mətbuatının yaydığı xəbərə görə, buna onun "Hoffenhaym"la oyunda rəqib komandanın baş məşqçisi Yulian Naqelsmanaı təhqir etməsi səbəb olub. Buna görə 49 yaşlı mütəxəssis 2 oyunluq cəzalandılırıb. Bundan başqa o, 15 min avro məbləğində cərimələnib.Qeyd edək ki, "Bayer" - "Hoffenhaym" matçı qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə