Arda Turan "Espanyol" ilə keçiriləcək qarşılaşmada meydana çıxacaq

Arda Turan "Espanyol" ilə keçiriləcək qarşılaşmada meydana çıxacaq

"Barselona"nın futbolçusu Arda Turan zədəsini sağaldıb. Katalon klubunun rəsmi saytının yaydığı xəbərə görə, türk yarımmüdafiəçinin adı Kataloniya superkubokunda "Espanyol"la oyun üçün iştirak ərizəsinə daxil edilib. Qeyd edək ki , A.Turan zədə səbəbindən La Liqanın 9-cu turunda "Valensiya" ilə oyunu buraxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə