AZAL-dan əzmkar oyun

Topaz Premyer Liqasının IX turu çərçivəsində AZAL doğma meydanda "Zirə"ni qəbul edib. SİA-nın məlumatına görə, "AZAL Arena" baş tutan oyun qarşılıqlı hücumlarla keçib. Matçda hesabı qonaqlar açıb. Qarşılaşmanın 25-ci dəqiqəsində Sezar Meza Kolli penaltidən qol vurub. Görüş ilk hissəsi bu hesabla başa çatıb.

İkinci hissədə AZAL təzyiqi artırıb və matçın 64-cü dəqiqəsində David Canelidze hesabda tarazlıq yaradıb. Bundan sonra "təyyarəçilər"in bir neçə real qol şansı olsa da, idman xoşbəxtliyi "Zirə"nin tərəfində olub. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Komandaların heyətlərini nəzərinizə çatdırırıq:

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 7. Kamal Mirzəyev, 55. Qeyrət Əliyev, 10. Nuqzar Kvirtiya, 11.Ruslan Nəsirli, 77. Adan Koronado, 9. Röyal Nəcəfov

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 27. Eltun Hüseynov, 12. Mahsun Qənbərli, 4. Qvanzav Maqomedov, 21. David Canelidze, 17. Rəşad Abdullayev, 15. Brayn Fok

"Zirə": 1. Anar Nəzirov (k), 18. Tural Cəlilov, 5. Adil Nağıyev, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 11. Viktor İqbekoyi, 8. Milan Duriç, 7. Gerhard Proqni, 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 10. Elvin Məmmədov, 77. Yamin Ağakərimzadə, 21. Murad Səttarlı, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov

Topaz Premyer Liqası

IX tur

24 oktyabr

16:00 AZAL - "Zirə" 1:1

Qol: Meza Kolli, 25 (0:1), David Canalidze, 64 (1:1)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"AZAL Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə