Tyaqo Silva: "Danışıqların hansı səbəbdən dayandığını bilmirəm"

Tyaqo Silva: "Danışıqların hansı səbəbdən dayandığını bilmirəm"

PSJ-nin müdafiəçisi Tyaqo Silvanın klubla müqaviləsi 2017-ci ildə başa çatacaq. SİA-nın məlumatına görə, adı "Yuventus"la hallanan braziliyalı oyunçu "Canal+"a açıqlamasında bunları deyib: "PSJ-də qalmaq istərdim. Müqaviləmi yeniləmək istəyirəm. Hələ rəhbərliklə danışmaq lazımdır. Amma mənim arzum karyeramı Paris klubunda davam etdirməkdir. Yeni müqavilə ilə bağlı danışıqlar son aylarda başlanılıb. Danışıqların hansı səbəbdən dayandığını bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə