Azad Rəhimov: "Hər gün dünyada bayrağımız ən azı 3 dəfə qalxır"

Azad Rəhimov: "Hər gün dünyada bayrağımız ən azı 3 dəfə qalxır"

"Azərbaycan idman ölkəsidir. İdman və gənclər sahəsi ölkəmizdə prioritet sahələrdən hesab olunur. Son illər idmanda əldə olunan uğurlar Ölkə başçısı və Milli Olimpiya Komitəsinin sədri İlham Əliyevin dəstəyi nəticəsində əldə edilib. 15 il ərzində idmanımız ildə 35-40 medaldan 1000 medala qədər qalxıb". SİA-nın xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və İdman komitəsinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər gün idmançılarımız olimpiya və qeyri olimpiya idman növlərində 3 medal qazanırlar: "Bu da dünyanın müxtəlif ölkələrində Azərbaycan bayrağının gün ərzində ən azı 3 dəfə qalxması deməkdir. Bu, bizi çox sevindirir. Sonuncu Rio Olimpiadasında ölkəmiz 18 medalla dünyada 14-15-ci yerdə qərarlaşıb. Bu göstəricilərlə ölkəmiz müsəlman dünyasında 1-ci, Avropada 2-ci, MDB-də 7-ci, effektivliyə görə dünyada 1-ci, hər bir vətəndaşın payına düşən medalların sayına görə dünyada 8-ci yerdə qərarlaşıb. Bu nailiyyət ölkəmiz üçün misilsizdir. Bütün bunlar ölkəmizdə idmana göstərilən diqqət və qayğının əsas götəriciləridir".

Nazir əlavə edib ki, ölkəmizdə keçirilən beynəlxalq tədirlər Azərbaycana olan diqqəti daha da artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə