Mourinyo: "Milyonlarla fanatın əhvalını korladıq"

Mourinyo: "Milyonlarla fanatın əhvalını korladıq"

"Mançester Yunayted"in London səfəri fiasko ilə nəticələndi. Joze Mourinyo sabiq komandası "Çelsi"nin 4 cavabsız qolundan sonra "Stemford Bric"ə qayıdışını çətin ki, unutsun. SİA-nın məlumatına görə, portuqaliyalı mütəxəsis matçdan sonra oyun haqda fikirlərini bildirib: "Azarkeşlərimiz 90 dəqiqə ərzində bizi dəstəklədi. Bütün dünyada milyonlarla "Yunayted" fanatının əhvalını korladıq. Komandanın baş məşqçisi kimi buna təəssüflənirəm. Onlardan üzr istəyirəm. Mən tamamilə "Manchester United"ə məxsusam. Bir faizim belə "Chelsea" və ya başqa kluba aid deyil. Yüz faizli "manikunianlı"yam. Bu duruma çox üzülürəm. Oyunçulara dediyim kimi yalnız bir cavab var. Sabah məşqdir, çalışmağa davam edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə