Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək. SİA-nın məlumatına görə, turun ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.
AZAL Zirənin eyniadlı komandasını qəbul edəcək. Qonaq komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə turnir cədvəlindəki hazırkı mövqeyini yaxşılaşdıraraq 4-cü pilləyə yüksələcək. Ən yaxın qonşusu ilə 4 xal fərqi olan AZAL isə qələbə sayəsində "Sumqayıt"a yaxınlaşacaq.
Komandalar bu günədək ölkə çempionatlarında 5 oyun keçiriblər. Bu görüşlərin 3-ü "Zirə"nin, 1-i isə AZAL-ın qələbəsi ilə başa çatıb. Bir oyunda isə bərabərlik qeydə alınıb. Tərəflərin görüşündə meydan sahibi olan komanda indiyədək məğlub olmayıb. Son 3 matçda hər iki klub qol vurub.
Turun son oyun günündə iki görüş baş tutacaq. "Sumqayıt" "Qəbələ"ni, "Neftçi" isə "Qarabağ"ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
IX tur
24 oktyabr
16:00. AZAL - "Zirə"
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "AZAL Arena"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB