Yunanıstan futbolunda yenə qalmaqal baş verdi

Yunanıstan futbolunda yenə qalmaqal baş verdi

Futbol üzrə Yunanıstan Superliqasında VIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri olan PAOK da dünən növbəti matçına çıxıb. Saloniki təmsilçisi səfərdə "Olimpiakos"la qarşılaşıb. 2:1 hesabı ilə pireylilərin xeyrinə başa çatan qarşılaşma iğtişaşlarla yadda qalıb.

Belə ki, meydan sahiblərinin 90+6-cı dəqiqədə vurduğu 2-ci qol azarkeşlər arasında qarşıdurmaya səbəb olub. Bir neçə dəqiqə dayandırılan matç sonradan davam edib və sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə