İqor Akinfeyev 350-ci oyununa çıxıb

İqor Akinfeyev 350-ci oyununa çıxıb

Moskva SSKA-sının qapıçısı İqor Akinfeyev daha bir rekorda imza atıb. Belə ki, dünən o, Rusiya Premyer Liqasında "Lokomotiv"lə görüşdə 350-ci oyununa çıxıb. Bununla da ölkə çempionatı tarixində ən çox oyun keçirən futbolçular sırasında birinci pilləyə yüksəlib.

Buna qədər rekord göstərici 349 oyunla "Rotor"lu Valeri Yesipova (1994-2004) məxsus idi. Qeyd edək ki, Akinfeyev Rusiya yüksək liqasında ilk oyununu 2003-cü ildə keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə