PAOK-la qarşılaşma Rəşad Sadıqov üçün əlamətdar olub

PAOK-la qarşılaşma Rəşad Sadıqov üçün əlamətdar olub

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı Bakıda keçirilmiş oyun "Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri görüşdə yubileyini qeyd edib.

Belə ki, yunanlarla qarşılaşma Sadıqovun karyerasında 80-ci avrokubok matçı olub. Rəşad bu oyunlarda rəqib qapılarına 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə