"Səbail" futbol klubunun nəticələri müzakirə edilib

"Səbail" futbol klubunun nəticələri müzakirə edilib
Bu gün Bayıl stadionunda "Səbail" Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SIA-nın məlumatına görə, iclasda klubun əsas komandasının I Divizionda, həmçinin aşağı yaş qruplarından ibarət liqalarda çıxış edən müvafiq komandalarının nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlarla bağlı fikir mübadiləsi aparılıb. I Divizionda yüksək yer tutmaqla Premyer Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoymuş "Səbail"in lisenziyalaşdırma prosesi ilə bağlı müvafiq hazırlıq işlərinə start verməsi də müzakirəyə çıxarılan məsələlərdən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə