Futbol üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Deni Qaysumov Ramil Şeydayevin millimizdəki çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, hələ yığma komandaya uyğunlaşmağa çalışır. İştirakçısı olduğu son iki oyunda qol da vura bilərdi. Amma alınmadı. Ümid edirəm ki, o, hələ Azərbaycan yığmasına çox kömək edəcək. Ondan yüksək səviyyəli oyun gözləyirəm. Ramil yaxşı futbol məktəbi görüb. Onun öz üzərində daha çox çalışması lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB