Marçello Lippi Çin millisinin baş məşqçisi oldu

Marçello Lippi Çin millisinin baş məşqçisi oldu

Daha bir dünya səviyyəli məşqçi Çində fəaliyyət göstərəcək. Belə ki, məşhur italiyalı futbol mütəxəssisi Marçello Lippi Çin millisinin baş məşqçisi təyin edilib. Bu barədə Çin Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Hələlik müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.

Qeyd edək ki, İtaliya millisinin sabiq baş məşqçisi daha əvvəl Çinin "Quançjou Everqrand" klubunu çalışdırıb. 2012-2014-cü illərdə komanda onun rəhbərliyi altında 3 dəfə Çin Superliqasını, Çin kubokunu və Asiya Çempionlar Liqasını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə