Milli komandamızın üzvü Kamran Ağayevin çıxış etdiyi "Boavişta" klubu Portuqaliya çempionatının 8-ci turunda "Maritimo"nun qonağı olub. SİA-nın məlumatına görə, matçın 27-ci dəqiqəsində "Boavişta"nın qapısına penalti təyin olunub. Ötən oyunda penaltini dəf edən Kamran bu dəfə bunu bacarmayıb.Kamran eyni zamanda oyunda sarı vərəqə alıb. Vaxtı uzatdığına görə görüşün baş hakimi ona xəbərdarlıq edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Boavişta" 9 xalla turnir cədvəlində10-cu pilədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB