Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlarda silsilə yarışların keçirilməsi davam etdirilir. SİA-nın məlumatına görə, Bərdədə keçirilən Aran bölgəsi birinciliyində 109 cüdoçu medallar uğrunda mübarizə aparır. 2000-2002-ci il təvəllüdlü cüdoçular arasında 7, 2003-2005-ci il təvəllüdlülərin mübarizəsində isə 9 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Turnirdə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Laçın (Taxta körpü), Ucar, Yevlax və Zərdabın cüdo məktəblərinin yetirmələri qüvvələrini sınayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB