Luka Modriç Çin klubunun illik 20 milyonluq təklifini geri çevirib
"Real"ın futbolçusu Luka Modriçə Çin klublarının birindən təklif gəlib. İspaniyanın nüfuzlu "Marca" nəşrinin yaydığı xəbərə görə, xorvatiyalı futbolçus illik 20 milyon avro qazanc təklif edən kluba rədd cavabı verib. Qeyd edək ki, 2011-ci ildən "Real"da çıxış edən 31 yaşlı yarımmüdafiəçi bu yaxınlarda Madrid klubu ilə 2020-ci ilə müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB