UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, Avropa Liqasının qurup mərhələsinin III turunun oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub. "Qarabağ"ın Bakıda Yunanıstan PAOK-una 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın 1 pillə irəliləməsinə səbəb olub. Bu qələbə ilə ölkəmizin aktivinə 0.500 xal əlavə olunub. Beş mövsümün nəticəsinə görə, xalını 17.250-yə çatdıran Azərbaycan 25-ci pilləyə yüksəlib.
Ümumilikdə cari mövsüm avrokuboklarda iştirak edən klublarımız Azərbaycana 3.750 xal qazandırıblar.
Qeyd edək ki, reytinq cədvəlinə İspaniya başçılıq edir. Sİyahıda Almaniya 2-ci, İngiltərə isə 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB