"Qarabağ"dan möhtəşəm qələbə FOTOLAR

"Qarabağ"dan möhtəşəm qələbə FOTOLAR

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın "Qarabağ" komandası Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. SİA-nın verdiyi məlumata görə, "Qarabağ"ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Muarem Muarem, Rəşad Sadıqov (k), Rahid Əmirquliyev, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov və Dani Kintana yer alıblar.

PAOK komandasının heyətində isə Panagiotis Qlikos (k), Leo Matos, Marin Leovac, Mame Baba Tiam, Calma Kampos, Xose Angel Krespo, Qyoko Cimirot, Qarri Rodriges, Yevgen Şaxov, Fernando Varela və Xose Kanyas meydana çıxıblar.

Oyunu baş hakim Alon Yefetin rəhbərliyi ilə israilli hakimlər briqadası idarə edib.

Görüşün 10-cu dəqiqəsində "Qarabağ" hesabı açmaq imkanı əldə etsə də, Muarem Muarem bu şansı dəyərləndirə bilməyib. 18-ci dəqiqədə isə Dino Ndlovunun zərbəsi "doqquzluq"dan dönüb.

İlk hissədə əks-hücumla təmsilçimizi yaxalayan qonaqlar da bir epizodda qola yaxın olub. Lakin qapıçı İbrahim Şehiç zərbəni dəf etməyi bacarıb.

Qurban Qurbanovun yetirmələri ilk 45 dəqiqədə oyuna hakim olsa da, hesab açılmayıb.

Qarşılaşmanın 56-cı dəqiqəsində oyunda hesab açılıb. "Qarabağ"ın heyətində Dani Kintana adını tabloya yazdırıb – 1:0. "Qarabağ" bir də Rahid Əmirquliyevlə oyunun 87-ci dəqiqəsində tablodakı rəqəmləri dəyişib - 2:0.

"Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) - 2:0

Qollar: Dani Kintana, 56, Rahid Əmirquliyev, 87

Hakimlər: Alon Yefet, Danni Krasikov, Nissan Davidi, Rua Reinşreyber, Ziv Adler, Kiril Balikin (hamısı İsrail)

Hakim-inspektor: İqor İşenko (Ukrayna)

UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Slovan" (Çexiya) - "Fiorentina" (İtaliya) - 1:3

Qollar: Kaliniç, 8 (0:1), 23 (0:2), Şevçik, 66 (1:2), Babakar, 70 (1:3)

1

"Fiorentina"

3

2

1

0

8-2

7

2

PAOK

3

1

1

1

2-3

4

3

"Qarabağ"

3

1

1

1

5-7

4

4

"Slovan"

3

0

1

2

4-7

1

1

"Fiorentina"

3

2

1

0

8-2

7

2

PAOK

3

1

1

1

2-3

4

3

"Qarabağ"

3

1

1

1

5-7

4

4

"Slovan"

3

0

1

2

4-7

1


Bütün xəbərlər Facebook səhifəmizdə