"Kəpəz"in zədəli futbolçusu məşqə başladı

"Kəpəz"in zədəli futbolçusu məşqə başladı

"Qarabağ"a qarşı Gəncə şəhər stadionunda keçirilən çempionat matçında zədələnən Şəhriyar Əliyevin durumu yaxşılaşıb. SİA xəbər verir ki, 2 həftə yaşıl meydanlardan uzaq qalan müdafiəçi məşqlərə başlayıb. Klubun tibb personalının məlumatına görə, müalicə prosesi planlaşdırıldığı kimi getsə, Şəhriyar Əliyev 2-3 gün sonra toplu çalışmalarda iştirak edə biləcək. Futbolçu hələlik həkim nəzarəti altında fərdi məşq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə