Azərbaycan Premyer Liqasının 9-cu turunda Gəncədə "İnter"i qəbul edəcək "Kəpəz" həftəsonu keçirəcəyi oyunun hazırlıqlarına başlayıb. SİA-nın məlumatına görə, komanda dünəndən Bakıda məşq keçir. "Sarı-göylər" Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşır. Məşqlər hər gün saat 12:00-da başlayır. Gəncə təmsilçisi oktyabrın 21-nə kimi paytaxtda məşq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB