"Sent Etyen"in zədəli futbolçuları heyətə qoşulublar

"Sent Etyen"in zədəli futbolçuları heyətə qoşulublar

Xəbər verdiyimiz kimi, "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Sent-Etyen" klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Fransa klubunun "qırmızı-qaralar"la oyundan öncə 2 zədəli futbolçusu kollektivlə məşqlərə başlayıb. Komandanın qolkiperi Jessi Mulin və hücumçusu Robert Beriç zədəsini sağaldaraq heyətə qoşulublar.

Mulinin "Qəbələ"yə qarşı oyunda forma geyəcəyi gözlənilir. Beriçin isə oynayıb-oynamaması sual altındadır.

Qeyd edək ki, "Joffrua Qişar" stadionunda keçiriləcək "Sent-Etyen" - "Qəbələ" matçı sabah saat 23:05-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə