"Fənərbaxça"nın heyətini İngiltərəyə aparan təyyarə Budapeşt aeroportuna məcburi eniş edib. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Mançester Yunayted"lə oynayacaq Türkiyə klubunun təyyarəsinin məcburi eniş etməsinə səbəb hava gəmisinin ön şüşəsinə quşun çırpılması olub. Təyyarə uçuşa hazırlandıqdan sonra yenidən İngiltərəyə yollanacaq.
Xatırladaq ki, qeyd olunan matç sabah baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB