Biləsuvar rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid təqvim planına əsasən İdman Məktəblərinin VIII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə zona birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda 17 şəhər və rayon komandalarından ibarət ümumi 150 idmançı 16 çəki dərəcəsində öz qüvvələrini sınayıb.
Biləsuvar komandası birincilikdə 16 idmançı ilə təmsil olunub. Onlardan 3-ü birinci, 1-i ikinci və 1-i üçüncü yeri tutararaq finala vəsiqə qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB