“Lester Siti” ilkə imza atıb

UEFA Çempionlar Liqasının III turunda doğma divarlar arasında "Kopnehagen"i məğlub edən "Lester Siti" ilkə imza atıb. SİA-nın məlumatına görə, son İngiltərə çempionu qitənin ən nüfuzlu klub turnirində məğlubiyyətsiz oyunlarını davam etdirir. "Tülkülər" 3 Çempionlar Liqası matçında qalib gələn birinci İngiltərə klubu olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 8 oyuna 8 xal toplayan "Lester Siti" ÇL-nın qrup mərhələsində 3 oyuna 9 xal yığıb.

Bütün xəbərlər Facebook səhifəmizdə