"Montreal İmpakt" klubunda forma geyinən Didye Droqbanın "Toronto" ilə oyunda matçın 18 nəfərlik heyətinə daxil edilməməsinin səbəbləri açıqlanıb. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, son günlər adı "Napoli" ilə hallanan futbolçu ilk 11-likdə yerinə Mattei Mankosunun təyin olunduğunu öyrənəndə, baş məşqçi Mauro Biello ilə mübahisə edib və israrla adının 18-likdən çıxarılmasını istəyib. Oyun isə 2:2 hesabı ilə başa çatıb.
Klubdan verilən açıqlamada 38 yaşlı futbolçunun zədə səbəbindən heyətdə yer almadığı bildirilib.
Sözügedən hadisə Droqbanın "Napoli"yə transfer olunma ehtimallarını artırıb.
Qeyd edək ki, Droqba Amerika klubunda cari mövsüm 22 oyunda 10 qol vurub və 3 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB