Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Real" - "Legiya" oyunundan öncə instident yaşanıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmadan əvvəl Madriddə 3 polşalı azarkeş həbs olunub. 31, 33 və 34 yaşlı fanatlar içkili halda əyləndikləri barın kassa aparatını soymağa cəhd ediblər. Bundan başqa, fanatlardan biri iki ofisantın üstünə hücum edərək onlardan birinin telefonunu alıb. Nəticədə polis hər 3 azarkeşi həbs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB