Səudiyyə Ərəbistanında şahzadəni edam etdilər

Səudiyyə Ərəbistanında şahzadəni edam etdilər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir edam edilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir. İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb. Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o zaman ölkədə böyük rezonansa səbəb olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə