“Borussiya" “Bayer”in türk futbolçusunu transfer edir

“Borussiya" “Bayer”in türk futbolçusunu transfer edir

Dortmund "Borussiya"sı daha bir türkiyəli futbolçunu heyətinə qatır. SİA-nın məlumatına görə, Almaniya mətbuatı "Bayer"in müdafiəçisi Ömər Toprakın dortmundlularla anlaşdığını yazıb. Artıq klublar arasında razılıq əldə edilib. Anlaşmaya görə, "Borussiya" leverkuzenlilərə 12 milyon avro ödəyəcək. Qış transfer dönəmində yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək 27 yaşlı futbolçunun bu müddət ərzində məvacibi ümumilikdə 25 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Türkiyə millisinin daha iki futbolçusu Nuri Şahin və Əmrə Mor da hazırda "Borussiya"nın formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə