Bölgə birinciliklərinə start verilib FOTOLAR

Bölgə birinciliklərinə start verilib FOTOLAR

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi respublikamızın bütün bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparır. Regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perespektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur. Bu gündən başlayaraq ilin sonuna kimi regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə ilk belə yarış Şəmkirdə start götürüb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Qərb Bölgəsi Birinciliyi U18, U15 yarışında 280 cüdoçu (272 oğlan, 8 qız) iştirak edir. İki gün davam edəcək yarışın ilk günündə 2003-2004-cü il təvəllüdlü oğlanlar -30 kq, -34 kq, -38 kq, -42 kq, -46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq və +66 kq çəki dərəcələrində mübarizə aparacaq. 2003-2004-cü il təvəllüdlü qızlar isə -36 kq və -40 kq çəki dərəcələrində yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə