Topaz Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununun sonunda zədələnən "Kəpəz"in futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib. SİA-nın məlumatına görə, MRT müayinəsindən keçən braziliyalı oyunçuya birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub. Bu isə o deməkdir ki, yarımmüdafiəçi qarşıdakı 3 həftə oynaya bilməyəcək. Frederikonun yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcəyi qeyd olunub. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.
Xatırladaq ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB