İK cərimələr və cəzaları açıqladı

İK cərimələr və cəzaları açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.SİAa iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

15 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının VIII turunun "İnter" – "Qəbələ" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. (maddə 40).

16 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının VIII turunun "Zirə" – "Neftçi" matçının 47-ci dəqiqəsində "Neftçi" klubunun 4 №-li futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).

14 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "İnter" – "Qəbələ" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).

14 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Qarabağ" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).

Oyun bitdikdən sonra "Sumqayıt" klubunun futbolçusu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırıldığı müəyyən olunmuşdur. Dəymiş zərərə uyğun olaraq, stadion rəhbərliyinin təqdim edəcəyi məbləğ "Sumqayıt" klubu tərəfindən ödənilsin.

15 oktyabr 2016-cıi il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Zirə" – "Neftçi" matçında "Neftçi" klubunun 63 №-li futbolçusu Vüsal Hüseynov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub (maddə 48).

12 oktyabr 2016-cı il U-19 Liqasında "Turan" – "Şərurspor" matçının 90-cı dəqiqəsində "Şərurspor" klubunun 10 №-li futbolçusu Elmin Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

12 oktyabr 2016-cı il U-19 Liqasında "İnter" – "Qarabağ" matçının 88-ci dəqiqəsində "Qarabağ" klubunun 10 №-li futbolçusu Famin Əliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

10 oktyabr 2016-cı il Bakcell U-17 Liqasında "İnter" – "Qəbələ" matçının 88-ci dəqiqəsində "İnter" klubunun 9 №-li futbolçusu Riad Abbaszadə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

10 oktyabr 2016-cı il Bakcell U-17 Liqasında "Xəzər Lənkəran" – "Kəpəz" matçının 61-ci dəqiqəsində "Kəpəz" klubunun 7 №-li futbolçusu Mehdi Həsənov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

Oyunun 86-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 6 №-li futbolçusu Ülvi Ağazadə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

15 oktyabr 2016-cı il Boulevard U-15 Liqasında "Zirə" – "Kəpəz" matçının 53-cü dəqiqəsində "Kəpəz" klubunun 18 №-li futbolçusu Məsim Ələkbərov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.1).

15 oktyabr 2016-cı il Boulevard U-15 Liqasında "Şəmkir" – "Neftçi" matçının 70-ci dəqiqəsində meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunandan sonra azarkeşlər meydana daxil olaraq, hakimə öz etirazlarını kobud şəkildə bildirmişlər. Meydanda təhlükəsizliyin təmin olunmamasına görə "Şəmkir" klubu xəbardarlıq olunub və növbəti oyunlarda təhlükəsizliyin təmin olunması klubdan tələb olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.

15 oktyabr 2016-cı il U-14 Liqasının "Rəvan" – "Qəbələ" matçında "Rəvan" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

15 oktyabr 2016-cı il Coca-Cola U-13 Liqasında "Neftçi" İK İB – "Rəvan" matçının 18-ci dəqiqəsində "Rəvan" klubunun 7 №-li futbolçusu Mirzəli Turkel sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

15 oktyabr 2016-cı il U-11 Liqasında Şəms UGİM 1 (Gəncə) – UGİM Gənclərbirliyi (Gəncə) matçında Şəms UGİM 1 klubunun heyətində limitin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 51).

15 oktyabr 2016-cı il U-11 Liqasının "Göyçay" OİK Gİİ – UGİM (Göyçay) matçında hər iki komanda təyin olunan vaxtda meydanda olmamasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib(maddə 56).

14 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin İFFA – ADBTİA matçının 28-ci dəqiqəsində İFFA klubunun 10 №-li futbolçusu Rafiq Həsənov öz komanda yoldaşını təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb (maddə 42.1).

14 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin "Yeni Günəşli" – "Zülfüqar-114" matçının 14-cü dəqiqəsində "Zülfüqar-114" klubunun 6 №-li futbolçusu Seymur Müslümov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb(maddə 37.1).

15 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin "FH İD Futsal" – "Qarabağ" matçı başa çatdıqdan sonra "Qarabağ" klubunun 19 №-li futbolçusu Feyruz Həsənov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb (maddə 42.3).

16 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Verdant" – "Obolon" matçının 46-cı dəqiqəsində "Verdant" klubunun 25 №-li futbolçusu Qurban Orucov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

16 oktyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Kərki" – "Sirab" matçının 19-cu dəqiqəsində "Kərki" klubunun 85 №-li futbolçusu Uğur Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

Bütün xəbərlər Facebook səhifəmizdə