“Barselona” Neymarla yeni müqavilə imzalanacağı vaxtı açıqladı

“Barselona” Neymarla yeni müqavilə imzalanacağı vaxtı açıqladı

"Barselona" hücumçusu Neymarla yeni müqavilənin imzalanma mərasiminin vaxtını açıqlayıb. Katalon klubunun rəsmi saytının yaydığı xəbərə görə, Neymar oktyabrın 21-də rəsmi müqaviləyə imza atacaq. Yeni müqavilənin müddəti 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 2013-cü ildən Kataloniya klubunda çıxış edək braziliyalı futbolçu bir müddət əvvəl PSJ-nin illik 40 milyon avroluq təklifindən imtina edərək "Barselona"da qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə