"Qəbələ" yenidən Cavid Hüseynovla müqavilə bağlayıb

"Qəbələ" yenidən Cavid Hüseynovla müqavilə bağlayıb

"Qəbələ" İdman Klubu yenicə həbsdən azad olunan sabiq futbolçusu Cavid Hüseynovla müqavilə imzalayıb. SİA-nın məlumatına görə, müqavilənin müddəti mövsümün sonuna qədərdir. Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2014-2015-ci illərdə "Qəbələ"nin heyətində 40 oyun keçirib və 15 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə