Azərbaycan Premyer Liqasının IX turunda "Zirə" səfərdə AZAL-la qarşılaşacaq. SİA-nın məlumatına görə, Şüvəlanda baş tutacaq matça "qartallar" ciddi itki ilə çıxacaq. Belə ki, paytaxt klubunun baş məşqçisi Adil Şükürov gənc futbolçusu Vüqar Mustafayevin xidmətindən istifadə edə bilməyəcək. Buna Mustafayevin cəzalı duruma düşməsi səbəb olub.
"Neftçi" ilə oyunda sarı vərəqə alan futbolçu mövsüm ərzində dördüncü xəbərdarlığını alıb. Bu isə onun AZAL-la oyunda iştirak etməyəcəyi deməkdir.
Qeyd edək ki, AZAL – "Zirə" oyunu oktyabrın 24-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB