Joze Maurinyo "Mançester Yunayted"in ulduz futbolçusuna "elçi düşüb"!

Joze Maurinyo "Mançester Yunayted"in ulduz futbolçusuna "elçi düşüb"!

İspaniyanın "Real Madrid" futbol klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyo, İngiltərənin "Mançester Yunayted" futbol klubuna çılğın təklif göndərib. Siasport.az saytı xəbər verir ki, kral klubunun baş məşqçisi Kərim Benzema və Gonzalo Higuainin əvəzinə, "qırmızı şeytanlar"ın meksikalı ulduz futbolçusu Xaviyer Fernantezi "Real"a transfer etmək istəyir. O, bu iki futbolçunun əvəzinə meksikalını heyətdə görmək istədiyini israrla rəhbərliyin diqqətinə çatdırıb.İspaniyanın "AS" qəzeti yazır ki, artıq məsələ ilə bağlı J.Maurinyo, əvvəlcə "Mançester Yunayted"in baş məşqçisi olan yaxın dostu Ser Aleks Fergissonla bu barədə ilkin olaraq danışıqlar aparıb. Artıq iki klubun rəhbərliyi arasında danışıqlar da başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə