Azərbaycan millisinin qapıçısı Rusiya klubunda forma geyinəcək

Azərbaycan millisinin qapıçısı Rusiya klubunda forma geyinəcək

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Tveryankin karyerasını ölkədən kənarda davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, qolkiper Rusiya çempionatında çıxış edəcək. Andrey Moskvanın "Stroqino" klubuna transfer olunub.
Qeyd edək ki, Rusiya çempionatında millimizin daha iki üzvü çıxış edir. Belə ki, Emin Kürdovla Elvin Quliyev "Delta"nın formasını geyinirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə