Moldovanın paytaxtı Kişinyovda yerli və azərbaycanlı idman jurnalistləri arasında futbol matçı keçirilib. SİA-nın məlumatına görə, dostluq görüşü Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunub. Bu məqsədlə Kişinyova Gənclər və İdman Nazirliyinin dəstəyilə 15 nəfərdən ibarət jurnalist heyəti ezam olunub. İdman Araşdırmalar Mərkəzinin də təşkilatçılığı ilə baş tutan qarşılaşmadan öncə Moldova Milli Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanova təmsil etdiyi qurumun adından yarış iştirakçılarını salamlayıb, qonaq komandanın kapitanı Elnur Əşrəfoğluya xatirə hədiyyəsi təqdim edib. Eyni zamanda K.Vasilyanova və Moldova İdman Junalistləri Assosiasiyasının rəhbəri Eduard Çebanuya azərbaycanlı jurnalistləri adından xatirə hədiyyələri təqdim edilib.
Oyun Moldova Futzal Federasiyasına məxsus xalçalı meydançada baş tutub. Görüşün əvvəlində yerli komanda 2:0 hesabı ilə önə keçib. Tezliklə toparlanan azərbaycanlı jurnalistlərin komandası buraxılan qolların əvəzini çıxıb. Komandamızda Elnur Əşrəfoğlu və Nurani İsgəndərov ardıcıl 2 qolla bərabərlik yaradıblar. Fasilədən sonra da meydan sahibləri 2 dəfə hesabda önə çıxıb. Lakin hər iki halda komandamız əvvəlcə Anar Məmmədov, sonra isə Gündüz Abbaszadənin qolları ilə bərabərlik yarada bilib. Bununla belə, matçın sonlarında moldovalı jurnalistlər iki qol vuraraq, 6:4 hesablı qələbəyə nail olublar.
Qeyd edək ki, rəqibin 5-ci qolundan sonra yerli hakimlər cərimə meydançasında əllə oyuna görə aşkar penaltini təyin etməyiblər. Halbuki həmin epizodda qaydanın pozulduğunu oyundan sonra təşkil olunan görüşdə Moldova komandasının kapitanı E.Çebanu ilə yanaşı, əllə oynayan futbolçu da etiraf edib.
Futbol oyunundan sonra baş tutan dəyirmi masada iki ölkənin idman mediası arasında fikir mübadiləsi aparılıb. Moldova İdman Jurnalistləri Assosiasiyasının rəhbəri Eduard Çebanu Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsinin ənənə halını aldığını bildirib. Çıxış edən Elnur Əşrəfoğlu Azərbaycan idmançılarının müxtəlif yarışlarda qazandıqları nəticə barədə məlumat verib. Əşrəfoğlu qeyd edib ki, Azərbaycan idmançıları RİO-2016 Yay Olimpiya Oyunlarında əldə etdikləri 18 medalla tarixi nəticəyə imza atıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB