Millimiz 3 cavabsız qolla qələbə qazanıb

Millimiz 3 cavabsız qolla qələbə qazanıb

Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, "Voyvodina" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.

Xaqani Sadıxovun dubl etdiyi oyunda digər qolun müəllifi penalti zərbəsindən dəqiq yararlanan Kamran Quliyev olub.

Bütün xəbərlər Facebook səhifəmizdə