Saşa Stamenkoviçin \"Neftçi\"dəki gələcək karyerası haqqında danışıqlar davam edir

Saşa Stamenkoviçin \"Neftçi\"dəki gələcək karyerası haqqında danışıqlar davam edir

\"Neftçi\" PFK UEFA Çempionlar Liqasına hazırlığı davam etdirir. Siasport.az saytı xəbər verir ki, dünən tibbi müayinədən keçən futbolçular bu gün baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq ediblər. Dünən gecə Bakıya gələn Serbiyanın \"Srvena Zvezda\" klubunun qapıçısı Saşa Stamenkoviç də klubun düşərgəsindədir. Qolkiperin \"Neftçi\"dəki gələcək karyerası haqqında danışıqlar davam edir.

Qeyd edək ki, müxtəlif yığma komandaların düşərgəsində olan futbolçular bu günkü hazırlığa qatılmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə