Belarus - Lüksemburq matçında Anar Salmanovun penalti qərarı-VİDEO

Belarus - Lüksemburq matçında Anar Salmanovun penalti qərarı-VİDEO
Xəbər verdiyimiz kimi dünən FİFA referisi Anar Salmanov seçmə mərhələdə ilk dəfə oyun idarə edib. Siasport.az saytı xəbər verir ki, azərbaycanlı hakim AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Belarus - Lüksemburq matçında fit çalıb. Matçın yan xətt hakimləri Mehman Mahmudovla Vaqif Musayev, dördüncü hakimi isə Fariz Yusifov olub. Onların işinə hakim-inspektoru Konrad Plauts qiymət verib.
Minsk şəhərindəki \"Dinamo\" stadionunda baş tutan qarşılaşmada Salmanov matçın nəticəsinə təsir edən qərar verib. Belə ki, qarşılaşmanın 48-ci dəqiqəsində Anton Putilo Sergey Kornilenkoya qarşı koubd oynayıb və Salmanov tərəddüd etmədən 11 metrlik nöqtəni göstərib. Topa yaxınlaşan Kornilenkoya dəqiq zərbə ilə hesabı açıb. 73-cü dəqiqədə daha bir qol vuran Belarus 2:0 hesablı qələbə qazanıb.


Həmin epizodun vidogörüntüsünü diqqətinizə çatdırırıq:



Bütün xəbərlər Facebook səhifəmizdə