"Sent-Etyen"in baş məşqçisi "Qəbələ"dən çəkinir...

"Sent-Etyen"in baş məşqçisi "Qəbələ"dən çəkinir...

"Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyun öncəsi fikirlərini bildirib. Fransız mütəxəssis klubun rəsmi saytına müsahibəsində "Qəbələ" ilə görüşlərin həlledici olacağını deyib: "Qəbələ" ilə ardıcıl iki oyun keçirəcəyik. Ötən mövsüm "Dnepr"lə oynadığımız ardıcıl iki görüşdə də qalib gəldik. "Qəbələ" ilə matçlar həlledici olacaq. Rəqib xal itirə bilər".

Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" matçı oktyabrın 20-i Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə