İstanbulun "Qalatasaray" futbol klubu, Didye Droqbanı transfere tmək üçün var gücü ilə mübarizə apardığı bir vaxtda, klubun 24 yaşlı kapitanı Arda Turanın "Çelsi" futbol klubuna transfer olunacağı xəbəri yayılıb. Siasport.az saytı xəbər verir ki, bu məsələdə əsas rolu, hazırda futbol üzrə Türkiyə millisinə başçılıq edən Quss Hiddinq oynayır. Belə ki, neçə müddətdir ki, "zadəganlar"ın ingilis klubunun sükanı arxasına keçirmək istədikləri Q.Hiddinq, artıq açıq şəkildə Türkiyə millisinin baş məqşqçiliyindən ayrılacağını dilə gətirməyə başlayıb. Belə görünür ki, o "Çelsi"yə əliboş getmək istəmir. Çünki Türkiyə mətbuatı artıq israrla "Qalatasaray"lı kapitanın da Q.Hiddinqə yol yoldaşı olacağını yazır. Türkiyəli həmkarlarımız xəbər verir ki, Q.Hiddinq, "Çelsi"dəki yeni heyətdə A.Turanı da görmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB