Premyer Liqanın ardıcıl 7 oyununda qol buraxmayan "Qəbələ"nin qapıçısı Dmitri Bezatosnının quru seriyası qırılıb. Qol.az-ın məlumatına görə, Premyer Liqanın hazırda davam edən 8-ci turunda "İnter"in futbolçusu Ağabala Ramazanov ukraynalı qolkiperi məyus edib.
Təcrübəli qapıçı görüşün 48-ci dəqiqəsində qapısında qol görüb. Bununla da onun rekordu qırılıb. Bezatosnının "quru seriya"sı 915-ci dəqiqədə dayanıb. Qeyd edək ki, Bezotosnı sonuncu dəfə mayın 11-də "Qarabağ"la qarşılaşmanın 32-ci dəqiqəsində qol buraxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB