Azərbaycan – Almaniya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Almaniya yığmasının baş məşqçisi Yoahim Löv matç barədə danışıb. Siasport.az saytı polisin və mühafizə xidmətinin "səyi" nəticəsində buraxılmadığımız konfransda baş məşqçinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırr: "Bir neçə gənc futbolçunun oynamasına şərait yaratdıq. Futbolçularımız Bakıya yorğun gəlmişdilər. Azərbaycan yığması ilə oyundan sonra komandamızın üzvləri yaxşı dincəlmək imkanı qazandılar. Amma onlar fərdi qaydada hazırlaşacaqlar.Azərbaycan yığması meydanda istəkli görünürdü, futbolçular canla-başla mübarizə apardılar. Çətin vəziyyətlərdən çıxmağı bacardılar. Amma təcrübə öz sözünü dedi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB