"Çelsi"nin baş məşqçisi Antonio Konte maraqlı açıqlamaları ilə diqqət çəkib. SİA-nın məlumatına görə, italiyalı çalışdırcı "Lester"lə matçdan öncə futbolçusu Nqolo Kanteni tərifləyib: "Kante kimi futbolçuları çox istəyirəm. Bu tip futbolçular həmişə çalışqan olurlar. Kantenin dözümlüyünə baxın, fantastika!"
"Lester"in baş məşqçisi Klaudio Ranyeri də keçmiş futbolçusunu tərifləyib: "Alternati olmayan futbolçudur. O, möhtəşəm oyunçudur".
Qeyd edək ki, Nqolo Kante ötən mövsüm "Lester"lə İngiltərə çempionu olub. O, mövsümlərarası fasilədə "Çelsi"yə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB