"Qalatasaray" klubu Miroslav Klozenin transferini sona çatdırmaq üzərədir
"Qalatasaray" klubu "Bavariya" ilə müqaviləsi bitən futbolçu Miroslav Klozenin transferini sona çatdırmaq üzərədir. Siasport.az saytı xəbər verir ki, Münhen şəhərinə gedən klubun idman direktorları Bülent Tulun və Ümit Davala 4 saatdan artıq davam edən danışıqlarda futbolçunun transferində bütün detalların razılaşdırıldığını bildiriblər. Onlar və sabah müqavilənin imzalanması gözlənildiyini qeyd ediblər. Bundan başqa, Klozeyə 3 illik müqavilə təklif edən "Qalatasaray" ona illik 2,5 milyon avro və hər oyuna 10 min avro verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB