Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək. SİA-nın məlumatına görə, bu gün 8-ci turun iki oyunu keçiriləcək. Turun mərkəzi matçı "İnter Arena"da baş tutacaq. Burada paytaxtın "İnter" klubu "Qəbələ"ni qəbul edəcək. Turnir cədvəlinin ilk pillələrində qərarlaşan bu komandaların oyunu maraqla gözlənilir.
Günün ikinci oyununda isə "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.
15 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası, 8-ci tur
16:00."İnter" – "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
"İnter Arena"
18:30."Qarabağ" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
"Azərsun Arena"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB