"Qarabağ" klubunun son illərdə uğurlu çıxışı daim fərqli sahələrdə öz qiymətini almaqda davam edir. Siasport.az saytı xəbər verir ki, son iki ildə doğma Azərbaycanımızı Avrokuboklarda uğurla təmsil edən "Qarabağ"ın uğurlarının əhatə dairəsi artıq ölkə hüdudlarını da aşmaqdadır. Elə komandanın aldığı daha bir mükafat da bunu bir daha göstərir. Bu gün Türkiyənin Aralıq dənizi sahilində yerləşən Mersin şəhərində "2013 Mersin Ağdəniz oyunları" tanıtımı və bölgənin "Çuxurova Express" nəşri orqanın təşkilatçılığıyla "ilin uğur mükafatları` mərasimi keçirilib. Mersində baş tutan tədbirdə türk idman camiəsinin məşhur isimləri də çıxış edib. Türkiyənin məşhur idman yazarı Ömər Üründül, sabiq "Fənərbaxça"lı yönətici Sadəddin Saran, "Beşiktaş"ın mətbuat xidmətinin rəhbəri Metin Düren, TRT-nin aparcıcı Kerem Öncel, "Gənclərbirliyi"nin baş məşqçisi Giray Bulak və bir sıra başqa ünlülər də tədbirin iştirakçıları və təltif olunanları olublar. Qardaş ölkənin ilk idman radiosu olan "Radyospor"un aparıcıları Figen Civan və İlker Koçun aparıcılıq etdiyi tədbirdə qeyd etdiyimiz kimi "Qarabağ" da ən yaxşılar arasında seçilənlərdən olub. "Qarabağ"a tədbirdə 2 mükafat təqdim olunub. Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl Türkiyə - Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfə və başarılara görə "Hizmet Onur Ödülü" mükafatına layiq görülüb. Son iki ildə Avrokubokda qazanılan nəticələrlə "Qarabağ" "Türk dünyasının başarılı takımı" diplomuna sahib çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB