19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Milli komandamızın heyətini nəzərinizə çatdırırıq:
Qızlar: Səbinə Əzimova (53 kq), Lalə Rzazadə və Sevər Məhərrəmzadə (hər ikisi 58 kq).
Oğlanlar: Rüstəm Qasımov (50 kq), Kənan Xəlilov, Cəbrayıl Abzərli, Elvin Abdullayev (hər üçü 56 kq), İsa Rüstəmov, Füqan Əliyev (hər ikisi 62 kq), Tarmenxan Babayev (69 kq), Mayıl Şükürlü (77 kq), Sənan Mirzəyev (85 kq) və Ümidvar Bayramlı (94 kq).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB