Jurnalistlər zorakılğa məruz qaldılar

Jurnalistlər zorakılğa məruz qaldılar

Almaniya-Azərbaycan oyunu zamanı Azərbaycan jurnalistləri polis zorakılığına məruz qalıblar. Siasport.az saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, oyun zamanı jurnalistlər polislərin kobud rəftarı ilə üzləşiblər. Media üçün ayrılmış yerlərdə polis əməkdaşları və AFFA-nın təyin etdiyi şəxslər jurnalistikaya aid olmayan adamları belə oturdublar, bəzi əsl media nümayəndələrini isə jurnlasitlər üçün ayrılmış yerlərə yaxın buraxmayıblar. Mülki geyimdə olan şəxslər isə jurnalistlərlə daha sərt rəftar edərək onları söyüşlərə qonaq ediblər. Almaniyadan gəlmiş jurnlasitlərə isə hər cür şərait yaradılıb. Gözdən yayınaraq qaçış zonasına çıxmış operator və müxbirimiz AFFA-nın əməkdaşları tərəfindən oradan uzaqlaşdırılıblar. Bunun səbəbi isə göstərilməyib. Buna baxmayaraq alman jurnalistlərinin hamısı qaçış zonasında necə istəyirlər hərəkət ediblər.

Oyundan sonra isə jurnalistlər stadionun ərazisində əsl "şou" ilə qarşılaşıblar. Mətbuat konfransına yollanmaq istəyən bir qrup jurnalistin qarşısı hər vəcdlə kəsilib. Bütün yollar polislər, hərbiçilər və mülkü geyimli şəxlər tərəfindən kəsilib. AFFA-nın rəsmilərinə bir neçə dəfə zəng etsək də jurnslitlərə kömək edən olmayıb. Sonra iş o yerə çatıb ki, jurnalistlərin komandaların soyunub geyinmə yeri ilə arxada kiçik meydançanın dəmir torunun arasında olan, eni yarım metrlik yerdən keçməyini istəyiblər. Burda isə polislər yenə də jurnlaistlərə müdaxilə edərək, əl-qol hərəkətləri ilə onlara hədə-qorxu gəliblər, hətta bəzi həmkarlarımızı itələyiblər. Daha sonra isə bir neçə nəfəri seçərək konfransa buraxılar. Qalan bir neçə mətbuat orqanın əməkdaşları isə qeydiyyat vərəqələri oluğu halda konfransa buraxılmayıblar. SİA-nın və siasport.az-ın əməkdaşları isə kamera ilə olduqlarına görə, onlara qarşı zorakılıq tətbiq olunub, mülki geyimli şəxslər qollarından tutaraq onları konfransın qapısı tərəfdən uzaqlaşdırıblar.

Qeyd edək ki, konfransa buraxılmayanlar arasında "Azərbaycan" qəzetinin, Fanat İdman Agentliyinin, futbolpress.az idman portalının və digər orqanların əməkdaşları da olublar.

Bununla əlaqədar olaraq AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentindən izzahat tələb edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə